Fransada sel xristian ziyarətgahları bağlayıb
19 iyun 2013 07:49 (UTC +04:00)

Fransada sel xristian ziyarətgahları bağlayıb

Fransanın Lurd şəhərini su basması ilə əlaqədar minlərlə zəvvar ziyarət edilən yerdən köçürülüb.

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Müqəddəs Məryəm məbədi istisna olmaqla, bütün xristian ziyarətgahları qapadılıb.

 

Selə səbəb kimi Piriney dağlarında qar əriməsi və leysan yağışlar göstərilib. Oxşar daşqın ötən ilin oktyabrında baş verib. Onda çayın mənsəbindəki  Qav-de-Po müqəddəs yerə iki milyon avro ziyan dəymişdi.

 

Lurd Avropada katolik zəvvarları ziyarət etdiyi ən tanınmış yerdir. Hər il ora 7 milyona yaxın zəvvar gəlir.

Katoliklər inanır ki,  1858-ci ildə Bakirə Məryəm gənc qız Bernadette sifətində Lurd  yaxınlığındakı  mağarada peyda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar