Fransa hakimiyyəti Paris ətrafı rayonda qaraçıların ən iri düşərgəsini dağıtmağa başlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda cari ilin oktyabrında məhkəmə uyğun qərar çıxarıb.
Yerli hakimiyyət bildirib ki, noyabrın 27-də polis 250 qaraçını, o cümlədən 7 uşağı artıq həmin bölgədən çıxarıb. Noyabrın 26-da isə 300 yaxın insan oranı tərk edib.
Bir müddət öncə dövlət dəmiryol şirkəti qaraçıların köçünün dəmiryol xəttinə yığılmasından məhkəməyə şikayət etmişdi.
Düşərgə salınan Sent- Uan şəhərinin başçısı əhalinin sağlığına və təhlükəsizliyi təhdid edildiyindən hakimiyyəti bu düşərgəni dağıtmağa çağırmışdı.
Bu il sentyabrın sonunda Fransanın daxili işlər naziri Manuel Vals isə bütün əcnəbi qaraçıları ölkədən qovmağa çağırmışdı.