Fransanın daxili işlər naziri Manuel Valls ölkənin mərkəzində yerləşən Tur şəhərində qara dərili qadının üzünə qaz çiləmiş polisin işini araşdırmağa çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun sözlərinə əsasən, baş verənlərlə bağlı bütün həqiqət açıqlanmalıdır, çünki polisin yanlış addım atmaq haqqı yoxdur.
Mənbənin xatırlamasına görə, son illər polis zorakılığına qarşı Fransada bir neçə dəfə kütləvi etirazlar olub.