Ukraynanın FEMEN qadın təşkilatının növbəti hücum hədəfi Fransa prezidenti olub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onlar Tunisdə həbs edilən həmkarlarına dəstək aksiyası keçiriblər. Məlumata görə, Olland Le Burje aviasiya salonunun 50 illiyi ilə bağlı tədbirdən çıxarkən yarıçılpaq qadınlarla rastlaşıb. Prezident yaxınlaşanda çılpaq və üzərlərində şüarlar yazılan qızlar "Azadlıq" qışqıra-qışqıra onun üstünə gediblər. Amma təhlükəsizlik xidməti əməkdaşları onlara işlərini başlamağa imkan verməyib.
FEMEN yaydığı məlumatda F.Ollandı Tunisə nəzərdə tutulan səfərdən imtina etməyə səsləyib. Qeyd edək ki, Tunisdə hərəkatın 4 üzvi saxlanılıb ki, onlardan da ikisi fransızdır.
Xatırladaq ki, FEMEN-çilər bundan öncə də ABŞ prezidenti Barak Obama, Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel, Rusiya dövlət başçısı Vladimir Putinin qarşısında yarıçılpaq aksiya keçirməyə cəhd ediblər.

Fransa prezidentinə hücum
Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14