Fransa Boliviyadan üzr istəyib
04 iyul 2013 06:01 (UTC +04:00)

Fransa Boliviyadan üzr istəyib

Fransa hakimyyəti Boliviyadan prezident Evo Moralesin təyyarəsinin ölkənin hava məkanından uçmasına icazə vermədiyi üçün üzr istəyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fransa prezidenti bu məsələ ilə bağlı əmr şəxsən verdiyini söyləyib. Onun sözlərinə əsasən, prezidentə məxsus olduğu bilinəndən sonra sonradan təyyarənin buraxıldığı haqda göstəriş verib.

 

Rəsmi Boliviya prezident təyyarəsinin uçuşuna əngəl törətdiyi üçün Fransa, İtaliya, İspaniya və Portuqaliya hakimiyyətlərini ittiham edib.

 

Xatırladaq ki, iyulun 2-də Rusiyada səfərdə olan Boliviya prezidenti Evo Moralesin təyyarəsi Vyanaya planlaşdırılmamış eniş edib.

 

Buna səbəb Fransa və Portuqaliyanın ona hava məkanlarından uçmağı yasaqlaması göstərilmişdi.

 

Onlar bu addımı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvardr Snoudenin E.Moralesin təyyarəsində olmasından şübhələndikləri ilə əsaslaşdırmışdı.

 

Boliviya hakimiyyəti Snoudenin həmin təyyarədə olması ilə bağlı xəbərləri təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar