Florida ştatı təbii fəlakət zonası elan edildi
11 sentyabr 2017 02:22 (UTC +04:00)

Florida ştatı təbii fəlakət zonası elan edildi

ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Florida ştatı qubernatorunun sorğusuna əsasən müvafiq sənəd imzalayıb.

 

“Bu, ştata federal hökumətin tam dəstəyini təmin edəcək”, Ağ Evin məlumatında deyilir.

 

İkinci kateqoriyayadək zəifləyən  “İrma” qasırğası bu saatlarda Florida ştatının sahillərinə çatıb. Qasırğanın sürəti saatda 200 kilometrə çatır. Hazırda ştat ərazisində 114 min nəfər  müvəqqəti sığınacaqlarda yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar