Filippin hakimiyyəti bildirib ki, ordunun «Moro Milli Azadlıq Cəbhəsinin» ələ keçirdiyi kəndə hücumu nəticəsində 56 nəfər həlak olub.
Lent.az-ın «Qazeta.ru»-ya istinadən məlumatına görə, üsyançılar 300 nəfəri girov götürüb.
Mənbə bildirib ki, Filippinin cənubunda hakimiyyətlə üsyançılar arasında 6 gündür qarşıdurma davam edir. Yüzlərlə üsyançı Zamboanqa şəhəri yaxınlığındakı 6 kəndi ələ keçirib.
1,5 min dinc sakin hakimiyyət tərəfindən təhlükəli bölgədən köçürülüb.