Filadelfiyada bina uçub: 8 nəfər yaralanıb
30 iyul 2013 03:05 (UTC +04:00)

Filadelfiyada bina uçub: 8 nəfər yaralanıb

ABŞ-ın şimal-şərqində Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayış binası uçub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qəza nəticəsində azı 8 nəfər yaralanıb.

 

Qəza zamanı binada təmir işləri görüldüyündən, sakinlər orada olmayıb.

 

Bu həm də qəza qurbanlarının az olmasına səbəb olub. Yaralananlardan birinin vəziyyəti ağırdır.

 

Uçan bina başqa yaşayış evlərinə bitişik olduğundan o birilərinin sakinləri köçürülüb.

 

Uçqunun səbəbi hələ ki aydın deyil, Bununla belə polis qaz partlayışından şübhələnir.

 

Xatırladaq ki, iyunun 5-də Filadelfiyada bina uçarkən qonşu dükanda 6 alıcı həlak olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar