Fidel Kastronun avtomobilləri  taksi olur
21 iyun 2014 07:16 (UTC +04:00)

Fidel Kastronun avtomobilləri  taksi olur

Bundan sonra Kubaya səfər edən turistlər ölkənin keçmiş lideri Fidel Kastronun şəxsi avtomobillərində gəzə biləcək.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Kastronun bütün avtomobilləri Kubanın “Kubataksi” taksi mərkəzinə verilib.

 

“Turistlər avtomobilin yiyəsinin kimliyini deyən kimi onlar arxa oturacaqda oturub, təəccüblənir,  buna inanmadıqlarını söyləyirlər ” -deyə, taksi sürücüsü bildirib.

 

Fidel Kastronun avtomobilləri keçmiş SSRİ-də istehsal olunub. Onun kolleksiyasında  məşhur “Çayka” maşını ilə yanaşı “QAZ” və  “ZİL” zavodlarının istehsal etdiyi maşınlar da var. Onların biri çoxunu SSRİ-nin keçmiş lideri  Nikita Xruşov Kastroya hədiyyə edib.

 

Mənbə bildirib ki, dövlət taksi firması “Kubataksi”-nin  24 avtomobil alacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322
avatar

Oxşar yazılar