APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Pensilvaniya ştatı ərazisində yerləşən malikanənin fotoları mətbuatda ilk dəfədir yayılır.
Qeyd edək ki, Fətullah Gülən 1999-cu ildə ABŞ-a mühacirət edib və o vaxtdan bu ölkədə yaşayır. Onun Türkiyədəki davamçıları və tərəfdarları siyasət, iqtisadiyyat, biznes, media, dövlət və xüsusən təhlükəsizlik orqanlarında, məhkəmə-hüquq sistemində geniş şaxəli şəbəkə qurublar. “Nurçuluq” konkret təşkilati struktura, konkret liderlərə, hansısa yazılı proqramlara, məramnaməyə malik olmayan unikal bir cərəyandır. Onlar Türkiyədə özlərini “Hizmət” (Xidmət) adlandırırlar. “Hizmət” ölkədəki ictimai-siyasi proseslərə çox ciddi təsir imkanlarına malikdir. “Nurçular”ın Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində 11 mindən çox təhsil müəssisəsi fəaliyyət göstərir.