Fələstinli qaçqınlar Suriyadan Qəzzaya qaçıb
12 aprel 2013 05:13 (UTC +04:00)

Fələstinli qaçqınlar Suriyadan Qəzzaya qaçıb

Suriyanı bürümüş vətəndaş savaşından qaça bilən 110 fələstinli ailə Qəzza zolağına yetişə bilib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bunu BMT-niin bölgədəki qaçqınların işi üzrə təmsilçisi bildirib.

 

Qəzzadakı  qaçqınlara yardım idarəsiinin başçısı İssam əl-Advanın sözlərinə əsasən, Suriyadan gələn qaçqınların sayı artmaqdadır.

 

BMT təmsilçisi ilə görüş zamanı o, qaçqınların yaşamaq yeri, iş və ərzaq istədiklərini söyləyib.

 

Əl-Advanın sözlərinə görə, BMT-nin agentliyi hər ay ailəbaşı onlara 125 dollar yardım verir. Yerli höukmət isə qaçqınlar üçün müvəqqəti iş axtarır.

 

BMT-nin məlumatına əsasən, münaiqşə başlayanadək Suriyada 487 min fələstinli yaşayıb. Bir neçə on min fələstinli artıq Suriyanı tərk edib. Onların 40 mini Livana, 9 mini Misirə, 5 mini İordaniyaya sığınıb.

 

Suiyadakı münaqişə zamanı minə yaxın fələstinli qaçqın həlak olub. 

# 308
avatar

Oxşar yazılar