Fələstin İsrailə ərazi güzəştinə hazırdır
02 may 2013 07:05 (UTC +04:00)

Fələstin İsrailə ərazi güzəştinə hazırdır

Fələstiin Muxtariyyətinin sədri Mahmud Abbas mayın birində bildirib ki, İsraillə münaqişənin dinc yolla həlli çərçivəsində kiçik ərazi mübadiləsi etməyə hazırdır.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bir müddət öncə muxtariyyətin təmsilçisi Saib Arikan 5-7 faiz ərazi mübadiləsinə hazır olduqlarını bildirmişdi. O, qeyd etmişdi ki, Fələstinin yəhudi yaşayış məntəqələrini güzəştə gedəcəyi ilə razılaşmayacaq: «Bu beynəlxalq hüquq normalarına ziddir».

 

Arikat qeyd edib ki, İsrailin baş naziri Binyamin Netaniyahu 1967-ci il sərhədi daxilində iki dövlət Prinsipi ilə razılaşmazsa, o zaman danışıqlardan söz açmağın heç bir faydası yoxdur.

 

Xatırladaq ki, İsrail prezidenti Şemon Peres İtaliyaya səfəri zamanı «La Republica» qəzetinə verdiyi müsahibədə belə deyib : «İsrail-Fələstin münaqişəsi cəmi bir ilə həll ediləcək. Prezident Barak Obama hesab edir ki, artıq bir ilə sülh bağlamaq olar. Çatışmayan ancaq danışıqlardır ki, konsensusa  gəlmək üçün mütləq dialoqa başlamaq lazımdır. Əsas məsələ narazılıqların ortadan qaldırılmasıdır. Bəs bu mümkündürmü? Mənim cavabım - bəli mümkündür.

İsrailin baş naziri Binyamin Netanyahu açıq-aşkar şəkildə bəyan etdi ki, o, sülh və iki dövlət prinsipini dəstəkləyir. Düşünürəm ki, gerçəkliyin özü bizi sülhə məcbur edəcək. Başqa seçimimiz yoxdur».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar