Fələstin büdcəni təsdiqlədi: ümid donorlaradır
30 mart 2013 03:13 (UTC +04:00)

Fələstin büdcəni təsdiqlədi: ümid donorlaradır

Salam Fəyadın sədrliyi ilə Fələstin hökuməti 2013-cü il üçün 3,9 milyard dollarlıq büdcə təsdiqləyib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, büdcəni 4-də biri təhlükəsizlik, 16 faizə yaxını təhsil,10 faizi isə isə səhiyyə sahəsinə xərclənəcək.

 

Büdcənin yarısından çoxu 154 min dövlət məmuruna xərclənə-məsi nəzərdə tutulub. Onların 3-də biri təhlükəsizlik xidmətində çalışır.

 

Fələstin Maliyyə Nazirliyinin proqnozuna əsasən, 2013-cü ildə vergidən 2,5 milyard dolların daxil olacaq. Muxtariyyat hökuməti hesab edir ki, nəzərdə tutulan büdcənin 1,3 milyrad dollarını isə beynəlxalq donorlardan alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar