Avqustun 22-də Estoniyanın paytaxtı Tallinndə Rusiyanın ilk prezidenti Boris Yeltsinin barelyefi açılacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, barelyefdə yazı eston, rus və ingilis dillərindədir: «1990-1991-ci illərdə Estoniya dövlətinin dinc yolla bərpasına görə Rusiyanın ilk prezidenti Boris Yeltsinin xatirəsinə».
Barelyefi Estoniya parlamentinin sədri En Erqma açacaq. Boris Yeltsinin xanımı Naina Yeltsina mərasimin fəxri qonağı olacaq.
Ötən ilin fevralında bir qrup iş adamı və ictimai xadim Estoniya dövlətinin bərpasına görə B.Yeltsinin xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Barelyefin xərcləri ianə şəklidə yığılıb.
Barelyefi məşhur heykəltaraş Ernest Neizvestninin yeltsinlər ailəsi üçün yonduğu büstün əsasında hazırlanıb. Ona görə də onun müəlliflik hüququ da Neizvestniyə verilib.