Estoniya polisi cib telefonu oğrusunu axtarmaqdan imtina edib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, oğrunun tapmaq üçün o, soyğunçunun şəxsi göstəriciləri ilə bağlı informasiya bankına daxil olmalıdır.
Polsi oğrunun özəl göstəricilərini bilməyi insan haqlarının tapdanması kimi dəyərləndirib.
Pıxyask prefekturası kriminal bürosunun rəhbəri Priyt Pyarkna bunu təsdiqləyərək, deyib :«İzləmək insan haqlarının pozulmasıdır və ona son növbədə müraciət etmək lazımdır».
Zərərçəkənin fikrincə, oğurlanmış telefonu tapmaq üçün polisin zərrəcə marağı yox idi. Bunu Pyarkna da təsdiqləyib: «Hər oğurluq hadisəsi ilə polisin ayrıca məşğul olması ağılsızlıqdır».