Suriya kimyəvi silahlarla bağlı müqavilənin hazırlanması üçün sənədləri BMT-yə göndərib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rejimin başçısı Bəşar Əsəd «Rossiya-24» telekanalına müsahibəsində bunları bildirib.
Əsəd qeyd edib ki, onlar öz kimyəvi silahlarını beynəlxalq nəzarətə ABŞ-ın hədələrinə görə deyil, Rusiyanın istəyinə əsasən verir.
Müsahibəsində Əsəd Kimyəvi Silahların istifadəsini yasaqlayan konvensiyaya bir aydan sonra qoşulacaqlarını da bildirib.
Xatırladaq ki, Suriya kimyəvi silahların tətbiqi və istehsalının yasaqlanması ilə bağlı 1997-ci ildə qəbul olunmuş konvensiyaya qoşulmayan 5 dövlətdən biridir.