“Suriya ABŞ-ın hücum təhdidinə görə yox, məhz Rusiya təklif etdiyi üçün kimyəvi silahlarını beynəlxalq ictimaiyyətin nəzarətinə verməyə razılaşıb”.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün “Rossiya 24” telekanalına müsahibəsində Bəşər Əsəd söyləyib.
Bəşər Əsəd deyib ki, ABŞ-ın təhdidi kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi barədə qərarına təsir göstərməyib.