Ermənistandan Türkiyəyə qarşı torpaq iddiası
06 iyul 2013 19:06 (UTC +04:00)

Ermənistandan Türkiyəyə qarşı torpaq iddiası

Ermənistanın Baş prokuroru Ağva Ovsepyan Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edib. Lent. az-ın məlumatına görə,  ans press Türkiyə mətbuatına istinadən xəbər verir ki, “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən konfransda çıxış edən Ağva Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və “işğal etdiyi əraziləri” tezliklə qaytarmalıdır. 

Ağva Ovsepyan qeyd edib ki, bu gün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var: “Düşünürəm ki, bunu həll etmək üçün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Sonra bu forma Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq məhkəmələrə təqdim edilməlidir”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar