Ermənistanda cinayətkarlıq artır
09 avqust 2013 15:23 (UTC +04:00)

Ermənistanda cinayətkarlıq artır

Bu ilin birinci yarısında Ermənistanda cinayətkarlığın səviyyəsi keçən ilin anoloji dövrü ilə müqayisədə 12,2 faiz artıb.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan baş prokurorunun müavini Mnatsakan Sərkisyan söyləyib.

Bu ilin 6 ayı ərzində Ermənistanda 8 min 494 cinayət hadisəsi qeydə alınıb. Əgər keçən ilin birinci yarısında qəsdən sağlamlığa ağır xəsarət yetirmə ilə bağlı 82 fakt qeydə alınıbsa, bu ilin birinci yarısında  93 belə hadisə baş verib. Adam oğurluğu hallarının sayında daha çox artım var.  Əgər keçən ilin 6 ayında 14 adam oğurluğu olubsa, bu ilin 6 ayında 22 belə cinayət baş verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar