Rusiyanın Dzerjinsk rayonunda 36 yaşlı gürcü oğrubaşı, Ermənistan vətəndaşı Zurab Endeladze saxlanılıb. Lent.az-ın Ermənitsna KİV-ə istinadən məlumatına görə, o, cinayətkar aləmdə daha çox «Zurab Kutaisski» kimi tanınır.
Onun həbsi Rusiyaya qanunsuz keçməsi ilə əlaqələndirilib.
Son bir ildə o, ikinci dəfədir saxlanılır. Birinci dəfə «Kutaisski» ötən ilin payızında 2004-cü ilədək yaşamış Miass şəhərində tutulmuşdu.
Yaxın günlərdə Zurab Endeladzenini vətəndaşı olduğu Ermənistana qovulacağı gözlənilir.