Ermənistan Suriya ilə hava nəqliyyatını bərpa edir
13 aprel 2013 19:21 (UTC +04:00)

Ermənistan Suriya ilə hava nəqliyyatını bərpa edir

Ermənistan və Suriya arasında hava nəqliyyatı bərpa ediləcək. Lent.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hər iki ölkə arasında Dəməşq-Qamışlı- Yerevan reysi açılacaq. “Suriya Airlines” şirkətinin Ermənistandakı ofisinin meneceri Svetlana Ovannisyan bildirib: “İlk reys aprelin 16-a planlaşdırılıb. Sərnişinlərin dəqiq sayı hələ də bəlli olmasa da artıq 29 nəfər Suriyaya uçmaq üçün əvvəlcədən bilet sifariş verib”.

Qeyd edək ki, Yerevan-Beyrut reysinin də bərpa olunması üçün danışıqlar aparılır.

 

# 417
avatar

Oxşar yazılar