Ermənistan prezidenti Moldovaya səfər edib
12 iyul 2013 03:00 (UTC +04:00)

Ermənistan prezidenti Moldovaya səfər edib

Ermənistan prezidenti  Serj Sarkisyan iyulun 11-də Moldovaya işzücar səfər edib.

 

Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, «Şərq tərəfdaşlıq» proqrammı çərçivəsində keçirilən zirvə toplantısından öncə o, Moldova prezidenti Nikolae Timofti ilə görüşüb.

 

Tərəflər iki dövlət arasında siyasi dialoqun aktivləşdirilməsi, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

 

Hər iki ölkənin prezidenti dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən,əməkdaşlığın və əlaqələrin genişləndirilməsindən danışıb.

 

Prezidentlər arasında təkbətək görüş keçirilib.

 

S.Sarkisyan Movdovanın baş naziri Yuri Lyanke ilə də görüşüb və onunla iqtisadi sahədə əməkdaşlığın genişlindrilməsindən danışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar