Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat
04 iyul 2013 18:23 (UTC +04:00)

Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat

Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”


 

“Xocalıda baş verən soyqırımı ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”. APA-nın xəbərinə görə, bunu Moldovanın parlament vəkili Aureliya Qriqoriu bu gün Ermənistan parlamentində çıxış edərkən bildirib.

 

Qeyd edək ki, Ermənistan parlamentində Ümumavropa Konfransı keçirilir. Aureliya Qriqoriu “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxış edib. Xanım Qriqoriu “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib” ifadələrini səsləndirərkən zalda olan bəzi iştirakçılar onu alqışlayıb.

 

Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan isə bildirib ki, Ermənistan parlamentinin tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etmək lazım deyil: “Mən bilmirəm siz kimin sifarişini yerinə yetirirsiniz, amma öz çıxışınızı yazaraq sifarişçilərə göstərə bilərsiniz. Düşünürəm ki, yüksək səviyyəli qonaqlar elmi konfransdan yolverilməz müzakirələr üçün istifadəsinə etiraz etməlidirlər”.

 

Aureliya Qriqoriu buna cavab olaraq deyib ki, münaqişənin təfərrüatlarına varmaq fikrində deyil: “Yalnız onu deyə bilərəm ki, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulması yolverilməzdir”.

# 1120
avatar

Oxşar yazılar

Yaşayış binası vuruldu-Dağıntılar altından 11 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-3

Yaşayış binası vuruldu-Dağıntılar altından 11 nəfərin meyiti çıxarıldı-YENİLƏNİB-3

12 may 2024 , 23:49
Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12
Leysan 28 nəfəri öldürdü

Leysan 28 nəfəri öldürdü

12 may 2024 , 15:05
Donuz böyrəyi köçürülən şəxs öldü

Donuz böyrəyi köçürülən şəxs öldü

12 may 2024 , 14:03
Səfir öldü

Səfir öldü

12 may 2024 , 14:01