Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 49 avtomobilini satışa çıxarır.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, layihə dövlət büdcəsi idarəsi tərəfindən hazırlanıb və hökumətin iyulun 4-də keçiriləcək toplantısının gündəliyinə daxil edilib.
Məlumata əsasən, maşınların hamısı Rusiya istehsalıdır: «QAZ», «VAZ», «UAZ», «KAMAZ» və «PAZ».Onların çoxu 1999 - 2002-ci illərin istehsalıdır. Avtomobillər klassik hərrac yolu ilə satılacaq. Hazırda Ermənistanda «QAZ» və «VAZ»
1,9- 2 milyon dram(bir dram 410 dollardır), 5 min manata yaxındır, «UAZ» 3,5 – 4 milyon dram, 10 min manat, «KAMAZ» 3, 3 milyon dramdır.
Avtomobillərin birlikdə qiyməti 125,5 milyon dramdır.