Ermənistanın baş prokuroru Aqvan Ovsepyan aprelin 30-da İrəvanda İslam Respublikasının baş prokuroru Qulamhüseyn Möhsüni Ejei ilə memorandum imzalayıb.
Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, A.Ovsepyan deyib ki, hər il onlar Tehrana təxminən 20 sorğu göndərib. O, Ermənistan həbsxanalarında 10 - 12 nəfər İran vətəndaşının cəzasını çəkdiyini vurğulayıb.
«2012-ci ildə və cari il başlayandan 25 İran vətəndaşı qanun pozduğu üçün tutularaq, ölkəsinə təhvil verilib» - deyə, erməni prokuroru söyləyib.
İslam Respublikasının baş prokuroru öz növbəsində bildirib ki, hazırda İran həbsxanalarında Ermənistan vətəndaşı yoxdur. Onun sözlərinə görə, İran həbsxanalarındakı məhbusların 44 faizi narkotik maddələri yaydığı üçün cinayət məsuliyyətinə cəlb olunanlardır.