Bu gün Moskvada Rusiya prezidenti Ermənistanın dövlət başçısı Serj Sarkisyanı qəbul edib.
Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, Ermənistan rəsmisi Gömrük İttifaqına sonra isə Avroasiya İqtisadi Birliyinin yaranmasında iştirak etmək istədiyini bildirib.
Rusiya və Ermənistan prezidentləri görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinə sadiq olduqlarını təsdiqləyiblər.
Tərəflərin qəbul etdiyi birgə bəyanatda bu vurğulanıb.
“Rusiya Federasiyası və Ermənistan Respublikasının prezidentləri Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT Minsk Qrupunun rəhbərləri ilə birgə iş formatında, gücdən və güc təhdidindən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqədəratını təyin etmək hüququ prinsiplərinə əsaslanan dinc vasitələrlə həllinə sadiq olduqlarını təsdiqləyiblər.
Regional sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə tərəflər hərbi-siyasi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazır olduqlarını təsdiqləyib”- deyə, Kremlin açıqlamasında bilidirlib.
Başqa məsələlərlə yanaşı "Rusiya dəmiryolu" şirkətinin Ermənistanın uyğun infrastrukturuna 15 milyard rubl sərmayə qoyması da müzakirə olunub.