Ermənistan Baş Prokurorluğu binasını yandırmağa cəhd
10 iyul 2013 07:42 (UTC +04:00)

Ermənistan Baş Prokurorluğu binasını yandırmağa cəhd

Ermənistanda Baş Prokurorluğun binasını yandırmağa cəhd edən 51 yaşlı Xaçatur Qaleçyan həbs olunub.

 

 Lent.az-ın "Novosti Armenii"-yə istinadən məlumatına görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti açıqlama verib.

 

Məlumata əsasənə, Qaleçyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 185.2 maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, iyulun 4-də qeyd olunan şəxs yanacaqla dolu qabla Baş Prokurorluğun əsas girişinə yaxınlaşıb və benzini qapıya tökərək, binanı yandırmağa çalışıb. Qaleçyan dərhal saxlanılıb. Qaleçyanın bu hərəkəti məhkəmənin ona məxsus olan torpaq sahəsinə dair çıxardığı ədalətsiz qərarla izah olunur. Bundan öncə o, daha dinc aksiyalarla etirazını bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar