«Ancaq legitim hakimiyyət, halbuki Ermənistanda yoxdur, hansısa ittifaqa daxil olmaqla bağlı danışıq apara bilər» - deyə, erməni publisist Ara Nedolyan «epress»-ə Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz yürüşü zamanı müsahibəsində bildirib.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, o, daha sonra bildirib: «Dünya ilə münasibətləri quranda, ona birləşirsən, yaxud ayrılırsan, gərək hakimiyyətin legitimliyini də fikirləşəsən. İndiki halda onların imzası yekbaşlıqdır».
A.Nedolyan ehtimal edib ki, əgər Serj Sarkisyana təzyiq ediblərsə də, bunun Dağlıq Qarabağla heç bir əlaqəsi olmayıb: «Təzyiqlər Serj Sarksiyanın şəxsi cinayətkar iqtisadi maraqları ilə bağlıdır».