Pakistanın Peşəvar şəhərində Milli Əvami Partiyası liderlərindən, siyasətçi xanım Nəcimə Hənif naməlum şəxslər tərəfindən öldürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qətlin səbəbi hələlik məlum deyil.
Bu partiya və o, taliblərə qarşı hərbi əməliyyatları dəstəkləyib.
Nəcimə Hənifin həyat yoldaşı və oğlu 2011-ci ilin noyabrında taliblərin təşkil etdiyi partlayış nəticəsində həlak olub.