Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil Ərəbi Suriyadakı rejimin qurumda təmsil olunmayacağını bildirib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Suriya Ərəb Respbulikasını bu qurumda Suriya müxalifətinin Milli Şurası təmsil edəcək.
N.Ərəbi deyib ki, uyğun qərarı şuranın başçısı Əhməd Cerbi ilə görüşdən sonra qəbul edilib.
Onun sözlərinə əsasən, Şura yaxın günlərdə ƏDL-in tamhüquqlu üzvü olacaq. Xatırladaq ki, Suriyanın təşkilatdakı üzvülüyü 2011-ci ilin əvvəlindən dondurulub.