Körfəz Dövlətləri Əməkdaşlıq Şurası üzvləri Livan «Hizbullah»ına qarşı sanksiya tətbiqinə başlayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Səudiyyə Ərəbistanında çıxan «əl-Vətən» qəzeti yazıb.
Qəzet bildirib ki, Avropa Birliyindən fərqli olaraq, körfəz dövlətləri «Hizbullah»-ın siyasi və hərbi qollarını biri-birindən ayırmayıb. Onlar bütövlükdə bu quruma sanksiya tətbiq edəcək.
Şura üzvü Səudiyyə Ərəbistanı, Bəhreyn,Qatar, Küveyt, Oman və Birləşmiş Ərəb Əmirliyi «Hizbullah»ın Bəhreyn və başqa ərəb dövlətlərinin daxilinə işinə qarışmaqda ittiham edirdi.
Körfəz dövlətləri sanksiyanı əlaqələndirmək üçün iki komissiya yaradıb. Onun biri Livandakı bu təşkilatın şuraya üzv ölkələrdəki bank-maliyyə məsələlərini araşdıracaq. O biri isə sanksiya ilə bağlı hüquqi və idarəetmə məsələlərə nəzarət edəcək.