Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan CHP-li deputat Kamer Gənçi məhkəməyə verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmə iddiasına səbəb deputatın guya Ə.Ərdoğanı təhqir etməsidir.
Xəbərdə bildirilir ki, bu həftə Yapon Milli Günündə bu ölkənin Ankaradakı səfirliyində keçirilən tədbirdə çıxış edən Ə.Ərdoğana müdaxilə edərək, “Əminə xanım, sən burada kim olaraq çıxış edirsən?” deyən K.Gənc baş nazirinin xanımının ictimai nüfuzuna zərbə vurmaqda günahlandırılır.
Qeyd edək ki, Türkiyədə baş nazirlərin həyat yoldaşları dövlət adından çıxış etmək səlahiyyətinə sahib deyil. K.Gənc də Yapon Milli Günündə Türkiyə dövlətini təmsilən çıxış edən Ə.Ərdoğana etirazını bildirmişdi.