Ərdoğan ABŞ-dan sonra Qəzzaya gedəcək
11 aprel 2013 05:43 (UTC +04:00)

Ərdoğan ABŞ-dan sonra Qəzzaya gedəcək

Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan ABŞ səfərindən sonra Qəzza zolağına gedəcəyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, mayın ortalarında prezident Barak Obama ilə danışıqlar aparmaq üçün Vaşinqtona getmək niyyətindədir.

 

Qırğızıstana səfəri zamanı yolüstü jurnalistlərə açıqlamasında o, deyib ki, bu il mayın 16-da Obama ilə görüşməyi planlaşdırır.

 

Bir müddət  öncə Ərdoğan apreldə Qəzzaya gedəcəyini və orada «HƏMAS» lideri İsmayıl Həniyə ilə görüşəcəyini demişdi.

 

Fələstin muxtariyyatı xarici dövlət liderlərinin Qəzzaya səfərini təqdir etmir. Qətərin əmiri Xamad bin Xəlifə əl-Tani və Malayziyanın baş naziri Nəcib Rəzzaqın Qəzzaya səfərini mühakimə etmişdi.

 

İsrail rəhbərliyi də Qəzza zolağına xarici liderlərin səfərinə qarşıdır. 

# 403
avatar

Oxşar yazılar