İspaniyanın Bernidor şəhərində tikilmiş 47 mərtəbəli göydələndə ciddi çatışmazlıq var.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, inşaat zamanı binada lift qoymaq yaddan çıxıb və bu səbəbdən də bu göydələndən mənzil alanlar ciddi problemlə üzləşiblər.
Şəhərdə maliyyə böhranının aradan qaldırılması istiqamətində uğurun, ümid və inkişafın rəmzi kimi tikilmiş bu binada mərtəbələrə pilləkənlərlə çıxmaq lazımdır. Bu, həm də Avropa Birliyi ölkələrində ən yüksək yaşayış binasıdır.
Qeyd edə ki, binanın 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, indiyə qədər binada tikinti 94 faiz başa çatıb. Binadakı mənzillərin yalnız 35 faizi istifadəyə verilib və binada tikinti işlərinin bu ilin dekabrına qədər tam yekunlaşması gözlənilir. Ancaq dekabra qədər də lift probleminin necə həllini tapacağı aydın deyil. Elə buna görə də ilkin layihəni hazırlamış memarlar artıq işdən qovulub...