Əhmədinejada Təbrizdə etiraz ediblər
30 aprel 2013 06:19 (UTC +04:00)

Əhmədinejada Təbrizdə etiraz ediblər

Mahmud Əhmədinejadın Təbriz səfəri zamanı bir qrupun etiraz ilə qarşılaşdığını qeyd edən xəbər saytları bir etirazçının prezidentlə “əlbəyaxa” olduğunu bildirib.

 
 «Etirazçılardan biri Əhmədinejadın avtomobili üzərinə çıxıb və onunla bir anlıq əlbəyaxa oldu» - deyə, «Setak News» veb səhifəsi yazıb.

 

Lent.az-ın «BBC»-nin farsca redaksiyasına istinadən məlumatına  görə, olayı yaxından görən şahidlərdən biri bunu agentliyə  müsahibəsində «Setak News» səhifəsinin yaydığı məlumatı təsdiqləyib.
 
Veb səhifələrdə yayılan şəkillərə istinadən etirazçılar özlərini “Nəsr kredit fondundan zərər çəkmişlər” kimi təqdim edib. Onların tutduğu plakatlardan birinin üzərində belə yazılıb: «Cənab prezident, sözlərinə əməl etməyən məsullardan cana doymuşuq».

 
Yayılan məlumata əsasən Nəsr Kredit Fondu müflis olduğundan zərər çəkən əmanətçilər də bu günlərdə Şərqi Azərbaycan valiliyi qarşısında da piket keçirib.
 
Xatırladaq ki, Güney  Azərbaycana səfəri zamanı Əhmədinejad sakinlər tərəfindən əvvəllər də etiraz qarşılanıb.


2009-cu ilin martında «Urmu News»  urmiyalının ona ayaqqabı tullaması tlə bağlı xəbər yaymışdı.

 

Təbrizə başqa vaxt etdiyi səfərdə isə onu qarşılamağa zorla çıxarılmış tələbələr «Traktor, Traktor!» - deyə, şüar söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35