İranda islahatların qaçılmaz olduğu yenidən etiraf edilməyə başlayıb.
Son 15 ildə bunu ilk dəfə keçmiş prezident Məhəmməd xatəmi başlamışdı. Ancaq ölkədə Ana Yasa islahatı gerçəkləşmədiyindən bu baş tutmadı.
İslahata məsələsini indi hakimiyyətə yaxın və uzaq olan hər kəs söyləməkdədir. Ancaq onun haradan başlanacağını dilə gətirən yoxdur.
Lent.az-ın «Radiofərda»-ya istinadən məlumatına görə, İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad da «ölkədə islahatlara ehtiyac var» -deyir.
Onun sözlərinə görə, ölkənin varlığına «təhlükə törədən, xalqın inkişafını əngəlləyən təxribatlara» əl atılır.
“Ona görə də normal imkanlarla həmin təhlükələrin qarşısını almaq olmur. Bu baxımdan İranda böyük addımlara və ciddi islahatlara ehtiyac duyulur. Hazırda İran düşmənlərinin ciddi təzyiqi altındadır. Bu səbədən də hər şeyi dəyişmək üçün mühüm addımlar atmalıyıq və bu da ilk növbədə siyasi qəhrəmanlıqdan keçir. Bu yolla həm İranın daxilində, həm də xaricdə siyasi mövcudluq xalqın lehinə dəyişməlidir”.