Fransada erməni lobbisinin vəsaiti hesabına nəşr olunan “Ermənistan xəbərləri “ jurnalında “Gallup World” İnstitutunun postsovet məkanındakı 12 ölkə əhali arasında həyat tərzi, yaşayış səviyyəsi ilə bağlı keçirdiyi sorğunun nəticələri] dərc edilib.
Ermənistanda aparılan sorğunun nəticələrinə görə, əhalinin 40 faizi ölkəni tərk etmək istəyir. Əhalinin öz ölkəsini tərk etməsinə görə, Ermənistan keçmiş SSRİ respublikaları arasında birinci yeri tutur.
Sorğuda “ Öz ölkəni nə üçün tərk edirsən? “ sualına cavab verənlərin 52 faizi həyat şəraitini yaxşılaşdırmaq və ailəsini dolandırmaq naminə getmək istədiyini, 13 faiz uşaqlarının gələcəyini təmin etmək və 45 faizi işsizliyə görə başqa dövlətlərə üz tutmaq istədiklərini bildiriblər.
Ermənistanı bir dəfəlik tərk etmək istəyənlərin əksəriyyəti Rusiya, ABŞ və Avropa ölkələrində məskunlaşmağa üstünlük veriblər.
Rəy sorğusu Müstəqil Dövlətlər Birliyinin üzvü olan 12 ölkənin yaşı 15-dən yuxarı olan 41 min vətəndaşı arasında keçirilib.
Azərtac