Pakistan Əfqanıstanla taliblərin danışıqlar aparmasına  yardım edəcək
27 avqust 2013 06:50 (UTC +04:00)

Pakistan Əfqanıstanla taliblərin danışıqlar aparmasına yardım edəcək

Əfqanıstan prezidenti Həmid Karzay Pakistanın baş naziri Nəvaz Şəriflə zorakılığa qarşı birgə mübarizəni gücləndirmək haqqında razılığa gəlib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, H.Karzay pakistanlı həmkarı ilə  görüşdən sonra jurnalistlərə belə açıqlama verib: «Mən ölkələrimizin gələcək təhlükəsizliyimizini təmini uğrunda birgə mübarizə üçün səylərimizi birləşdirmək ümidi ilə Pakistana gəlmişəm».

 

Karzay taliblərlə danışıqlar aparmaq üçün Pakistan baş nazirini vasitəçilik etməyə çağırıb.

 

N.Şərif sülh danışıqlarının asanlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini boyun olub.

 

Taliblər isə Karzayı «ABŞ-ın marionetkası» adlandıraraq, birbaşa danışıqlardan imtina edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar