Əfqanıstanda qadın-deputat qaçırılıb
14 avqust 2013 05:40 (UTC +04:00)

Əfqanıstanda qadın-deputat qaçırılıb

Əfqanıstan hakimiyyəti parlamentin qadın üzvünün taliblər tərəfindən qaçırıldığını elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, uşaqları ilə birlikdə Kabulun cənubundakı kəndi gəzməyə çıxıbmış.

 

Deputat Fəriba Əhmədi Kakarın uşaqları Əfqanıstan xüsusi təyinatlıları, NATO qüvvələrinin keçirdiyi özəl əməliyyat nəticəsində  azad edilsə də, o, girovluqda qalmaqdadır.

 

Kakar Əfqanıstanda qiyamçılar tərəfindən qaçırılan birinci qadın siyasətçidir.

 

Mənbə bildirib ki, bir neçə gün öncə daha bir qadın deputat qızını axtararkən, az qala sui-qəsd nəticəsində  özü həlak olacaqmış.

 

Müşahidəçilər qeyd edib ki, Əfqanıstanda tanınmış qadınlara qarşı basqınların sayı artmaqdadır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Oxşar yazılar