Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində taliblərlə ordu arasında baş vermiş döyüş nəticəsində ən azı 98 nəfər ölüb. APA-nın “Газета.Ru”ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 22-nin polis və hərbçi, qalanlarının isə “Taliban” hərəkatının üzvləri olduğu bildirilib.
"Le Soir" nəşri qeyd edib ki, döyüş əfqan hərbçilərindən ibarət karvana taliblərin qurduğu pusquya düşməsindən sonra başlanıb.