Əfqanıstanın cənubunda “daxili hücum” nəticəsində 1 ABŞ hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun “Əzmkar dəstək” missiyasının press-relizində bildirilir.
Yaralı hərbçilərə tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Araşdırma aparılır.