Əfqanıstanda «Cihadın qələbəsi» münasibəti ilə əfv
28 aprel 2013 02:27 (UTC +04:00)

Əfqanıstanda «Cihadın qələbəsi» münasibəti ilə əfv

Əfqanıstan prezidenti Həmid Karzay aprelin 27-də «əfqan xalqının cihadda qələbəsi» münasibtəi ilə məhbus kişi, qadın və onlarla birlikdə həbsxanada olan uşaqların əfvi barəsində sərəncam imzalayıb.

 

Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, ölkə Nazirlər Şurasının mətbuat xidməti bildirib ki, bu sərəncam dövləti daxili və xarici təhlükəsizliyiə qarşı cinayət törətmiş,korrupsiya fəaliytinə görə tutulmuş, narkotik maddələrin istehsal və yayılması ilə məşğul olan, habelə ölüm hökmü ömürlük həbslə əvəz edilmiş məhbsulara, terrorçu dustaqlara şamil edilməyəcək.

 

Xatırladaq ki, 1992-ci ildə Məhəmməd Nəcibulla hakimiyyəti devrildikdən sonra mücahidlər iqtiadar gəldib. Həmin gün «əfqan xalqının cihad qələbsi» kimi hər il aprelin 28-də qeyd edilir.

 

 

# 514
avatar

Oxşar yazılar