Əfqanıstan prezidentinin sarayına hücum: dörd talibançı öldürüldü
25 iyun 2013 10:36 (UTC +04:00)

Əfqanıstan prezidentinin sarayına hücum: dörd talibançı öldürüldü

İyunun 25-də Kabil polisi bəyan edib ki, Əfqanıstan prezidentinin sarayına hücum edən bütün talibançılar ölüb.


 

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hücumda Taliban hərəkatının dörd üzvü iştirak edib.

 

Prezident Sarayına minalanmış maşında gələn terrorçular partlayışdan əvvəl maşından tullanıblar. Lakin onlardan heç biri sağ qalmayıb. Polisin məlumatına görə, yaraqlılar sarayın ərazisinə daxil olmaq üçün saxta sənədlərdən istifadə ediblər. Hücum zamanı altı partlayışın baş verdiyi, atışmanın isə 45 dəqiqə davam etdiyi bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.

 

Hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb. Hücum zamanı Prezident Sarayında 20-dək jurnalist olub. Onlar Əfqanıstan prezidenti Həmid Karzayın mətbuat konfransına gəlibmiş. Həmin vaxt prezidentin özünün harada olduğu isə məlum deyil.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34