Əfqan-hərbçi NATO-nun əsgərinə atəş açıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nəticədə Slovakiyanın üç hərbçisi yaralanıb.
Atışma Əfqanıstanın cənubunda Qəndahar hava limanında baş verib. Orda beynəlxalq güclərin mindən çox hərbçisi yerləşdirilib. Bundan başqa həmin rayonda Əfqanıstan hərbçiləri də dislokasiya olunub.
Atəş açan əfqan döyüşçü həbs olunub.