Əfqanıstanın cənub-şərqində Qəznə şəhərində yerli polislə taliban arasındakı döyüş zamanı iki uşaq həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hakimiyyət daha 8 uaşğın yaralandığını bildirib.
Hakimiyyət təmsilçisinin sözlərinə əsasən, uşaqlar NATO-nun yaraqlılara vertolyotdan atəş açn zaman həlak olublar.
Yerli polis zabiti deyib ki, vertolyot polis patrul xidmətini havadan dəstələyirmiş. Döyüş nəticəsində 9 talibançının da öldürülüdüyü bildirilib.
Xatırladaq ki, fevralda NATO-çular hava hücumu nəticəsində 10 dinc sakin həlak olduqdan sonra prezident Həmid Karzay hərbçilərə yardım üçün müraciət etməyi yasaqlamışdı.