Taliban təkzib edir - YENİLƏNİB
08 avqust 2013 02:03 (UTC +04:00)

Taliban təkzib edir - YENİLƏNİB

 

Əfqanıstandakı taliban hərəkatı əfqan hakimiyyəti təmsilçiləri ilə görüş keçirdikləri haqda yayılan xəbərləri təkzib edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hərəkat təmsilçiliyi bildirib ki, Əfqanıstan hakimiyyəti və onun beynəlxalq müttəfiqləri döyüşdə uğursuzluğu ört—basdır etmək üçün «qərb belə təbliğat aparır». 

***

00.12

Əfqanıstanda ilk dəfə hakimiyyəti təmsil edən qrupla taliban arasında üz-üzə danışıqlar keçirilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyət təmsilçisi bildirib ki, Dünya sülh şurasının baş katibi Məsum Stanakzayla taliblərin təmsilçisi arasında Dubayda görüş olub.

 

Bir müddət öncə ABŞ talibanla Əfqanıstan hakimiyyəti arasında görüş keçirilməsinə cəhd göstərmişdi. Onda ölkə prezidenti Həmid Karzay bundan imtina etmişdi.

 

Xatırladaq ki, taliban 1996 -2001-ci illərdə Əfqanıstana nəzarət edib. Hazırda onlar xarici qoşunların ölkədən çıxarılmasına, Həmid Karzay hakimiyyətini devirməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar