Tacikistan prezidenti yanında narkotik maddələrə nəzarət Agentliyinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 21 yaşlı Düşənbə sakinini həbs edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, axtarış zamanı onun üzərindən onlarla polietilen kiçik torbalar aşkarlanıb.
Agentliyin laboratoriyasında aparılan araşdırma nəticəsində məlum olub ki, həmin torpalardakı xörək duzu imiş. Onun ümumi çəkisi 9 kilo olub.
Tacikistan narko-polisi müəyyən edib ki, gənc duzu heroin Adı altında 50 min dollara satmaq istəyirmiş.
Həmin gəncə qarşı «dələduzluq» maddəsi ilə cinayət işi açılıb.