Dünyanın sonu: 2000002013 il
06 iyul 2013 11:28 (UTC +04:00)

Dünyanın sonu: 2000002013 il

Yer kürəsində həyatın məhv olmasına 2 milyard il qalıb.

 

Lent. az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə,  Andryus Universitetinin astrobioloqu Jack O’Malley-James alimlərin bununla bağlı yekdil qənaətə malik olduğunu bildirb.

 

Jack O’Malley-James deyib ki, hazırda 4,54 milyard yaşı olan dünyanın uzaq gələcəyi canlı həyata “düşmən” olacaq. Onun sözlərinə görə, insan ömrü ilə eyniləşdirilsə, hazırda dünyanın 50 yaşı var və dünya 1 milyard ildən sonra, yəni 60 yaşında su itirməyə başlayacaq. Başqa sözlə, Günəşdə temperaturun gedərək artması nəticəsində buxarlanma sürətlənəcək və bitkilərin böyüməsini təmin edən karbondioksitin həcmi azalacaq. Bitkilərdən sonra heyvanlar və insanlar da yox olmağa başlayacaq. Mikrobların çoxu da dünya 70 yaşına çatmadan, yəni 2000002013-cü ildə öləcək. Jack O’Malley-James bildirib ki, həmin vaxt bəlkə də yüksək dağ zirvələrində və içərisində su ehtiyatları olan mağaralarda həyat olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Oxşar yazılar