Belçikanın Meyz şəhərindəki botanika bağında turist növbəsi uzanıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar dünyanın bu üfunətli bitkisini qoxulamaq imkanını əldən vermək istəmir.
«Titan arum» adlı bu bitki Sumatradan gətirilib. O, bir neçə ildə bir dəfə üç günlüyə çiçəkləyir. Brüsseldəki bu gül istixanada 2008-ci ildən bəri 3 dəfə çiçək açmaqla rekord vurub.
«Cəsəd çiçəyi» kimi daha çox tanınan bu bitkinin hündürlüyü 2, 5 metrdir. Çiçəklərindən iylənmiş ətin üfunət iyi gəlir. Bu qoxu tozlanma üçün həşəratları özünə cəlb etmək üçündür.