DSMF gəlir və xərclərini açıqladı
10 sentyabr 2013 16:21 (UTC +04:00)

DSMF gəlir və xərclərini açıqladı

Fiziki şəxslər və torpaq pay mülkiyyətçilərindən daxilolmalar artıb

 

 

Bu ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1749,7 mln. manat  təşkil edib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu, cari ilin proqnoz göstəricisindən 30,9 mln. manat və ya 1,8 faiz çoxdur. 

 

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 30,2 mln. manat və ya 3,1 faiz yuxarı olmaqla, 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz və ya 106,9 mln. manat artaraq 998,5 mln. manat təşkil edib.  Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,6 faizi və ya 634,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 mln. manat və ya 19,7 faiz,  əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 18,2 faiz və ya 97,9 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 45,0 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 25,1 faiz artıb. Yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 363,8 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,2 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

 

Yanvar-avqust aylarında DSMF-nin xərcləri 1658,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1626 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 54,2 mln. manat və ya 3,4 faiz  çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə  nisbətən 3,4 faiz və ya 51,7 mln. manat artaraq 1586,7 mln. manat təşkil edib. Cari ilin 8 ayı ərzində əhaliyə 39,3 mln. manat məbləğində müavinət ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar